Mərhələ 1. Dizaynerin çıxışı.

   İş dizaynerin obyektə çıxışından başlayır. Dizaynerin çıxışı Sifarişçi ilə tanışlıq, obyektə baxış, məsləhətləşmə üçün vacibdir. Bundan sonra biz ilk konsepsual mərhələni-eskiz layihəsini dəyərləndirə bilərik.

   Mərhələ 2. Eskiz layihəsi.

   Eskiz layihəsi özündə birləşdirir:

  • ·        Ölçü çertyoju;
  • ·        Sifarişçinin istəyindən, planlaşmanın mürəkkəbliyindən asılı olaraq, planlaşdırılmanın bir neçə variantda həyata keçirilməsi mümkündür;
  • ·        Bəzi hallarda ərazinin həcmli təsvirini götürmək lazım gəlir;

  Eskiz layihəsi göstərilən tələblərə cavab verməlidir:

  • ·        İşin təşkil olunması Sifarişçilərin xoşuna gəlməli və onların tələblərinə cavab verməlidir;
  • ·        Layihə texniki tələblərə cavab verməli və daha sonra icra edilməsi real olmalıdır;
  • ·        Qanunvericiliyə uyğun olmalıdır;
  • ·       

Mərhələ 3. Dizayn-layihəsi.

Dizayn layihəsi özündə birləşdirir:

  • ·       
  • ·        İnteryerin rəng seçimi;
  • ·        Ərazilərin hərtərəfli təsviri(kompüter və ya əl ilə çəkilmiş təsvir);
  • ·        Material və avadanlığın seçilməsi(firmalara çıxış);

          Eskiz layihəsindən fərqli olaraq, dizayn layihəsi(onun texniki hissəsi) real   olaraq seçilmiş material, avadanlıq, santexnika və s.-nin əsasında yerinə yetirilir.

        Qiymət ərazi sahəsindən, lazım olan çertyojların sayından, konstruktiv elementlərin mürəkkəbliyindən, üslub, vizual təsvirlərin həcmindən asılıdır.

      İşin icra olunma müddəti 1-2,5 aydır.

  Layihənin təsdiqindən sonra ayrı-ayrı işlərə smeta müəyyən etmək və onların yerinə yetirilmə müddətini işin texnologiyasına əsaslanaraq, razılaşdırmaq mümkündür.

   Mərhələ 4. Müəllifin nəzarəti.

   Müəllifin nəzarəti özündə birləşdirir:

  • ·        Görülən işlərin həlli üçün obyektlərə çıxış; 
  • ·        Lazım gəldiyində çertyojların korrektə edilməsi;
  • ·       
  • ·        İşçilərin istiqamətləndirilməsi;

Qiymət sahədən və işin həcmindən asılıdır, bir sıra hallarda pulsuz da olması mümkündür.